Prezident İlham Əliyev Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçi qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb. Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi də qeyd edilib.
Prezident İlham Əliyev həmçinin İordaniyanın keçmiş Baş naziri Abdelsalam Al-Macalini də qəbul edib.