Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” fərmana aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilib.
“2.1-2. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir”.