Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron Prezident İlham Əliyevə “ Günəşli” dəniz neft yatağında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:
"Hörmətli cənab Prezident,
Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş verən yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Birləşmiş Krallığın hökuməti və xalqı adından qəza nəticəsində doğmalarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin axtarışını davam etdirən xilasedicilərə uğur diləyir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Bu kədərli günlərdə Sizin və Azərbaycan xalqının yanında olduğumu bildirirəm".