Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşüb
22 oktyabr 2015 10:40 (UTC +04:00)

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşüb

0

 

 Milli Məclisə keçirilən seçkilərdə 118 saylı Ağdam şəhər dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşlərini davam etdirir.

 Namizədin Seçki Qərargahından Lent.az-a  verilən məlumata görə, Bəxtiyar Əliyev Yasamal, Səbail və Qaradağda məskunlaşan məcburi köçkün seçicilər ilə görüşüb.

Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüşlərdə Ağdam rayonundan olan ziyalılar da iştirak ediblər. B.Əliyev daxili və xarici siyasət, son illərdə Azərbaycanda reallaşdırılan layihələr, sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yüksəldilməsi, qarşıya çıxan problemlərin həlli üçün görülən işlər barədə danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli daimi dövlətin diqqət mərkəzində olub.

B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və platformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daimi doğma ağdamlılarla bir yerdə olacaq, onların hər bir problem və çətinliklərinə öz problemi kimi yanaşacaq. Görüş zamanı çıxış edən seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar