Milli Məclis tətildən qayıdaraq 2017-ci ilin payız sessiyasında işə başlayıb.
APA-nın məlumatına görə, bu gündən etibarən parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və digər deputatlar vətəndaş qəbuluna başlayır.
MM-in payız sessiyasında komitə iclasları isə sentyabrın 12-dən başlanacaq.
Parlamentin bu sessiyada ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi nəzərdə tutulur.