Dağlıq Qarabağ probleminin ABŞ Administrasiyasında müzakirə imkanı
23 yanvar 2013 16:49 (UTC +04:00)

Dağlıq Qarabağ probleminin ABŞ Administrasiyasında müzakirə imkanı

Münaqişə ilə bağlı müraciət ABŞ prezidentinin rəsmi portalında yerləşdirilib, 100 min səs lazımdır

 

ABŞ prezidentinin rəsmi “whitehouse.gov” portalının “petitions.whitehouse.gov”  bölməsində dünyanın müxtəlif ölkələrindən insanlar onları narahat edən məsələlərlə bağlı mraciətlər yerləşdirirlər.

 

Lent.az-ın verdiyi məlumata görə, həmin müraciət kifayət qədər (saytda müəyyən olunmuş sayda) səs topladıqda həmin müraciətlə bağlı məsələ ABŞ Prezident Administrasiyasında müzakirəyə təqdim olunur və bununla bağlı bəyanatlar verilir.

 

Hüseyn Paşayev adlı oxucumuz Lent.az-a müraciət edərək bildirib ki, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət həmin portalda (yerləşdirilib. Əgər həmin müraciət 100 min səs toplasa, məsələ ABŞ Prezident Administrasiyasında müzakirəyə çıxarılacaq. Səs vermək üçün “petitions.whitehouse.gov” bölməsində hesab yaratmaq lazımdır və bundan sonra istifadəçi kimi sizin qeydiyyat emailinizə “m password” göndəriləcək: “Email və məxfi sözünüzü daxil etməklə “https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt”  linkini açın və səs verin. Səs vermə bir ay ərzində mümkündür və həmin müddətdə yüz min səs toplansa, məsələ administrasiyaya təqdim oluncaq. Fikrimcə ölkəmizüçün ən ağrılı bir problemin ABŞ administrasiyasında müzakirəyə üçün vətəndaşlarımz aktiv olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar