ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin danışıqlar yolu ilə nizamlanması üzərində işləməyə çağırıb.
APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün "Tvitter"dəki səhifəsində yazıb.
“Son çox sayda itkidən sonra münaqişənin dayandırılmasının və danışıqlar yolu ilə həllinin vaxtıdır. Dağlıq Qarabağda sülh zamanıdır. Mənimlə razı deyilsiniz?”.