Cəmil Həsənli və Əli Kərimli müxalifətin tədbirinə qatılmayıblar
11 avqust 2014 17:37 (UTC +04:00)

Cəmil Həsənli və Əli Kərimli müxalifətin tədbirinə qatılmayıblar

 Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında bəzi hüquq müdafiəçilərinin həbsi ilə bağlı keçirilən tədbirə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli qatılmayıb.

 

APA-nın məlumatına görə, onların tədbirə qatılmaması bəzi siyasətçilər tərəfindən etirazla qarşılanıb.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, müxalifət bir araya gəlməyi bacarmır, uzun illər yanından adam qovmağa çalışıb: “Biz fərqli düşüncələrə hörmət etməliyik. Bunun keçmişi belə olub, filankəsin gələcəyi belədir deyib, yanından kənarlaşdırırlar. Axırda da iki nəfər qalır və deyirlər ki, Azərbaycanda demokratik mübarizə aparırlar. Bu tədbirdə nəyə görə, Milli Şuradan heç kim iştirak etmir?”

 

ADP sədri Sərdar Cəlaloğlu da İ. Ağazadənin fikirlərinə şərik çıxaraq, AXCP sədri Əli Kərimlinin tədbirdə iştirak etməməsinin səbəbini soruşub.

 

KXCP sədri Mirmahmud Mirəlioğlu isə tədbirdə çıxışında qeyd edib ki, toplantıya bütün siyasi partiya rəhbərləri dəvət olunub.

 

O deyib ki, C. Həsənliyə tədbirdə iştirak etməsi ilə bağlı şəxsən müraciət edib, ancaq qeyri-müəyyən səbəblərdən o, toplantıya qatılmayıb: “Cəmil Həsənlinin vasitəsilə də Əli Kərimlini də dəvət etmişdim, lakin o da tədbirdə iştirak etmir”.

 

Qeyd edək ki, tədbir Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar