APA-nın məlumatına görə, bunu “Azərtac”a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, görüşdən sonra verilən bəyanatlarda Ermənistan və Azərbaycan hərtərəfli həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət olunur.
“İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır. Bern görüşündə bu mövqe bir daha bəyan olunub”, - deyə o nazir vurğulayıb.