Səfir: “İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq”
09 iyul 2014 11:51 (UTC +04:00)

Səfir: “İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq”

0

“İranla Azərbaycan arasında münasibətlər inkişaf edir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir  Axundov bildirib.  

 

Səfir, avqustun 4-5-də Qəbələdə Azərbaycan-İran hökumətlərarası iqtisadi komissiyasının iclasının keçiriləcəyini xatırladaraq deyib ki, iclasdan sonra İran prezidentinin Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılacaq.

 

Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması barədə suala cavabında C. Axundov bu məsələlərə komissiyanın iclasında aydınlıq gətiriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar