Britaniyalı millət vəkili: “BMT ermənilərin Azərbaycandan çıxarılmasını təmin etməlidir”
02 aprel 2016 18:56 (UTC +04:00)

Britaniyalı millət vəkili: “BMT ermənilərin Azərbaycandan çıxarılmasını təmin etməlidir”

 

Böyük Britaniya - Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Bob Bləkman Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəşin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.

 

Avropa-Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, millət vəkili bildirib ki, uzun müddətdir təmas xəttində gərginlik artmaqda idi: "Hazırda cəbhə bölgəsində ağır döyüşlər gedir. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə qarışmalı və özünün Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 168
avatar

Oxşar yazılar