Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, saxlanılan şəxsin ailəsinə məlumat göndərməsinə imkan yaradılıb: “Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”.
Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.