BQXK: Neytral vasitəçi olmağa hazırıq
03 aprel 2016 19:16 (UTC +04:00)

BQXK: Neytral vasitəçi olmağa hazırıq

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağmünaqişəsinin təmas xətti boyu baş verən döyüşlərin 2 aprel 2016-cı il tarixdə gərginləşən humanitar təsirlərindən narahatdır. Tərəflərin verdiyi məlumatlara görə zərər çəkənlər arasında mülki şəxslər də var”.

 

Bu barədə APA-ya BQXK-dən bildirilib. “Biz son gərginliyin təsir etdiklərinə yardım və dəstək göstərməyə, həmçinin tərəflər arasında neytral vasitəçi olmağa hazırıq” – deyə  BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial deyib: “Bütün münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına riayət etmək barədə öhdəlikləri var. Bu qaydalara görə, tərəflər mülki şəxslərin həyatının və mülki infrastrukturun müdafiəsini təmin etməlidir”.

 

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Bakı və Yerevandakı nümayəndəlikləri və həmçinin Dağlıq Qarabağdakı missiyasının vasitəsilə BQXK, təmas xətti və Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu yaşayan icmalara dəstək verir. Bundan əlavə, BQXK, münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında yardımçı olur və onların ailələrinə dəstək verir, saxlanılan şəxslərə baş çəkir və münaqişə tərəflərin azad etdiyi insanların geri qaytarılmasında neytral vasitəçi qismində iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

APA Baycan

Oxşar yazılar