Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda prezident Rosen Plevneliyevi Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.