BMT baş katibi Pan Qi Mun Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib. APA-nın məlumatına görə, bu barədə baş katibin BMT rəsmi saytında dərc edilmiş açıqlamasında qeyd olunur.
“Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, deyə BMT baş katibinin açıqlamasında qeyd olunur.
Pan Qi Mun həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa çağırıb və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb