Beynəlxalq Bankın Rusiyadakı törəməsinə yeni rəhbər təyin olundu  - <span style="color:red;">YENİLƏNİB
04 noyabr 2015 18:00 (UTC +04:00)

Beynəlxalq Bankın Rusiyadakı törəməsinə yeni rəhbər təyin olundu - YENİLƏNİB

0
 
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan "ABB-Moskva"nın yeni İdarə Heyətinin sədri Emin Əfəndiyev bundan öncə "Kapital Bank"ın 1 saylı filialının direktoru vəzifəsində çalışıb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Kapital Bank"dan məlumat verilib.

 

 

Hazırda filiala direktor təyin olunmayıb.

 

***
 
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vəzifəyə Emin Əfəndiyev təyin olunub.

 

Qeyd edək ki, “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.

 

***

 

11:51

 

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.

 

APA-Economics”in məlumatına görə, onun yerinə hələlik təyinat olmayıb. Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.

 

Qeyd edək ki, R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar