Bəxtiyar Əliyevin seçicilərlə görüşünün I turu başa çatıb
24 oktyabr 2015 12:50 (UTC +04:00)

Bəxtiyar Əliyevin seçicilərlə görüşünün I turu başa çatıb

Milli Məclisə keçiriləcək seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin seçicilər ilə görüşünün birinci turu başa çatıb.

 Lent.az-ın məlumatına görə, səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. B.Əliyev ilk turda Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayil və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Oxşar yazılar