Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir
28 oktyabr 2015 10:37 (UTC +04:00)

Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir

0

 

Milli Məclisə keçirilən seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir. Namizədin Seçki Qərargahından Lent.az-a verilən məlumata görə, görüşlər möhtəşəm formada, yüksək seçici fəallığı ilə keçir.

 

Görüşdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

 

B. Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Çıxış edən seçicilər onun namizədliyini dəstəklədiklərini bildiriblər.

 

Görüşün sonunda bütün sakinlər B. Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. Xatırladaq ki, B. Əliyev bundan əvvəl Bakının Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbail və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar