Bəxtiyar Əliyev Bərdədə məskunlaşan məcburi köçkünlərlə görüşüb
26 oktyabr 2015 10:25 (UTC +04:00)

Bəxtiyar Əliyev Bərdədə məskunlaşan məcburi köçkünlərlə görüşüb

Milli Məclisə keçirilən seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev dünən Bərdə rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə seçicilər ilə görüşüb.

Lent.az-ın məlumatına görə, səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Çıxış edən seçicilər onun namizədliyini dəstəklədiklərini bildiriblər.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. Xatırladaq ki, B.Əliyev bundan əvvəl Bakının Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayıl və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar