Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Moskva səfəri davam edir. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Z. Həsənov dekabrın 23-də Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.
Hər iki görüşdə ölkələrimiz arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.