Baş redaktor "Qarabağ" klubundan üzr istədi
09 noyabr 2014 10:49 (UTC +04:00)

Baş redaktor "Qarabağ" klubundan üzr istədi

Fransanın tanınmış qəzetlərindən birində "Qarabağ" klubu ilə bağlı verilmiş yanlış məlumata görə qaldırılmış məsələ həllini tapıb. Xarici İşlıər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 6 noyabr 2014-cü il tarixində Fransada fəaliyyət göstərən "L'Equipe” qəzetində Azərbaycan Respublikasının “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verilib.

 

Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb.

 

Qəzetin baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəmiş və səhvin aradan götürüldüyünü bildirib.

 

Məqalənin redaktə edilmiş yeni versiyası aşağıdakı linkdən əldə edilə bilər:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar