Azərbaycan Müdafiə Nazirliyi aprelin 5-də Moskvada keçirilən görüş barədə məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.
***
12:26
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilməsi barədə razılıq Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin aprelin 5-də Moskvada keçirilən görüşü zamanı əldə edilib.
APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib.
“Aprelin 5-də Moskvada iki ölkənin Baş Qərargah rəislərinin görüşü oldu və atəşin dayandırılması ilə bağlı razılığa gəlindi”, - deyə o, söyləyib.