Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini təxirə salınıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkə başçısının Ankarada baş verən terror aktı ilə bağlı Azərbaycana əvvəlcədən nəzərdə tuttulan rəsmi səfərini təxirə salınıb.
Qeyd edək ki, Ərdoğan keçən ayda Türkiyədə baş verən partlayışlarla bağlı Azərbaycana rəsmi səfərini təxirə salmışdı.
Digər bir xəbərdə isə bildirilir ki, Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək.
Bu məqsədlə Azərbaycan prezidenti Ankaraya səfər edəcəyi gözlənilir.