BAMF sədri Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səsləndi
25 aprel 2015 13:06 (UTC +04:00)

BAMF sədri Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyətə səsləndi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasında iştirak etmək üçün ABŞ Nyu-York şəhərində səfərdədir. Lent.az-ın məlumatına görə, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyində görüş olub. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin rolunu yüksək qiymətləndirərək xüsusilə BMT-də birgə fəaliyyətin zəruriliyindən söz açıb.

Daha bir görüş isə BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə baş tutub. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə bağlı təklifi müsbət qiymətləndirən Padova bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.

U. Rəhimoğlu BAMF sədri əsas müzakirə  mövzusu ““Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün hökumətin etibarını qazanmaq, bunun üçün nə etməli ? ” olan sessiyaya qatılıb .

BAMF sədrinin çıxış edərək bildirib ki, bu gün dünyamız konfliktlər məngənəsində yaşayır. “Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilib”.

Dağlıq Qarabağ məsələsinə toxunan BANF rəhbəri bunları bildirib: "Artıq uzun illərdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri ilə, ərazilərinin işğalı, bir milyondan çox məcburi köçkün faktoru ilə üz-üzədir. Konfliktin nizamlanması üçün hələ 90-cı illərin əvvəllərində qəbul edilmiş 4 BMT qətnaməsinin prinsiplərinə riayət olunmaması, regionda sülhün qorunması, davamlı stabil dayanıqlı inkişafın təmin edilməsinə ciddi təhlükə yaratmaqdadır"

Qeyd edək ki , Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi Komitəsinin Ekspertlərinin 14-cü sessiyasına qatılması  Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar