Bakıda uydurma erməni soyqırımı ilə bağlı konfrans keçirilir
23 aprel 2015 12:27 (UTC +04:00)

Bakıda uydurma erməni soyqırımı ilə bağlı konfrans keçirilir

 

 

Bakıda “Uydurma 1915-ci il erməni soyqırımından Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilir

 

 

Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Uydurma 1915-ci il erməni soyqırımından Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilir.

 

APA-nın məlumatına görə, konfransda YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, o cümlədən Azərbaycan və Türkiyədən olan tarixçilər iştirak edirlər.

 

Tədbirdə ermənilərin 100 il əvvəl onlara qarşı “soyqırımı”nın törədildiyi barədə iddialarının əsassızlığı, əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxıda və Qubada türk-müsəlman xalqlarına qarşı törətdiyi qırğınlar, o cümlədən Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər təqdim olunub.

 

Tədbir davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar