Azərbaycanlı Rusiya Dövlət Dumasının Ekspert Şurasının sədr müavini təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Xalqlar dostluğu" Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Millətlər üzrə iş Komitəsinin qərarı ilə Dumanın Millətlər üzrə iş Komitəsinin Ekspert Şurasının sədr müavini vəzifəsinə təsdiq olunub.
Araz Mürsəliyevə milli azlıqlar və yerli azsaylı xalqların hüquqlarının qanunvericiliklə təminatı ilə məşğul olmaq həvalə olunub.
Qeyd edək ki, həmyerlimiz Araz Mürsəliyev həm də Rusiya Dövlət Dumasının millətlərlə iş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevin köməkçisidir.