Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızı Mənzər Hacıyevanın toyu olub.
Lent.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, “Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub. Cütlüyün toyu ailə üzvləri və yaxın qohumların əhatəsində keçib.
Qeyd edək ki, Saşa Sebbax Ekologiya və Bərpa Olunan Enerji Mənbələri sahələri üzrə peşəkar mütəxəssisdir. Mənzər və Saşa bir neçə il öncə Parisdə tanış olublar. Mənzər Hacıyeva uzun illər Nyu-Yorkda yaşayıb və Nyu-York Universitetində bakalavr təhsili alıb, daha sonra Parsons Dizayn Məktəbində moda tədqiqatları üzrə sertifikata nail olub. O həmçinin, Parisin Studio Berçot moda məktəbində təhsil alıb. Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi dünyaca məhşur brendlərinin dizayn-studiyalarında işləyib.
Xatırladaq ki, Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Asəf Hacıyev eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi və Parlament Məclisi Sədrinin müavini, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.
Asəf Hacıyevin 3 övladı var.