Azərbaycanla Avropa İttifaqı arasında soyuqluğun səbəbi açıqlandı
03 dekabr 2015 10:21 (UTC +04:00)

Azərbaycanla Avropa İttifaqı arasında soyuqluğun səbəbi açıqlandı

 

“Bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır, onlardan çox şey götürә bilәrik”

 

“Avropa İttifaqı ilә aramızda soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik”.

 

APA-nın mәlumatına görә, bu sözlәri Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib. O bildirib ki, Azәrbaycan әmәkdaşlıqla bağlı Avropa İttifaqına yeni saziş layihәsi tәqdim edib: “Saziş Aİ ilә Azәrbaycan arasında strateji әmәkdaşlığın qurulmasını nəzərdə tutur. Bu barədə danışıqların başlaması üçün Avropa İttifaqının Xarici Əlaqələr Xidmәti buna mandat vermәlidir. Onların mövqeyi bir qәdәr fәrqlidir, deyirlәr ki, qabaqcadan bir neçә görüş keçirilsin, ümumi müzakirәlәr aparılsın, mandata salındıqdan sonra bu danışıqlara başlamaq olar. Mәn düşünürәm ki, onlar gәlsinlәr, müzakirә edәk, ondan sonra mandat verilsin vә biz rәsmi olaraq bu danışıqlara başlayaq. Әlbәttә ki, tәrәflәr arasında soyuqluq var. Söhbәt yalnız Avropa Parlamentinin qәtnamәsindәn getmir. Tәbii ki, o da öz rolunu oynayıb. Ona görә ki, orada çox yanlış mәsәlәlәr var. Amma soyuqluğun әsas sәbәbi ondan ibarәtdir ki, biz indiyә kimi Dağlıq Qarabağ mәsәlәsindә bizә lazım olan mövqeni görə bilməmişik. Riqa sammitindә bәyan etdilәr ki, “Şәrq tәrәfdaşlığı” ölkәlәrinin әrazi bütövlüyünü, suverenliyini, sәrhәdlәrinin toxunulmazlığını dәstәklәyirlәr. Amma bu münaqişәnin necә hәll olunması  ilә bağlı yekun kommünikedә heç bir paraqraf yazmayıblar. Moldova, Gürcüstan, Ukrayna mәsәlәsindә hәm әrazi bütövlüyünü dәstәklәyir, hәm dә mәsәlәnin necә hәll olunmalı olduğunu deyirlәr. Azәrbaycana gәldikdә isә bildirirlәr ki, Minsk Qrupu var və onlar nә qәrara gәlsәlәr, biz dәstәyimizi bildirәcәyik. Amma söhbәt ondan gedir ki, sәnin mövqeyin nәdir? Hansı prinsiplәr çәrçivәsindә bu münaqişә hәll olunmalıdır? Niyә digәr ölkәlәrin münaqişәsindә bunu deyirsiniz, amma Azәrbaycanla bağlı demirsiniz. Eyni zamanda, bildirirsiniz ki, Azәrbaycan bizim üçün çox önəmlidir, Azәrbaycan terrorizmlә mübarizәdә, enerji tәhlükәsizliyindә, multikulturalizmdә çox vacibdir... Ona görә belә soyuqluq var”.

 

M. Məmmədquliyev Tbilisidә keçirilən “Şәrq tәrәfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşündə nazir Elmar Mәmmәdyarovun Aİ-nin komissarı Yohannes Hanla görüşdüyünü söyləyib: “İlin әvvәlindә ola bilsin ki, Federika Mogerininin Azәrbaycana sәfәri həyata keçrilsin. Hesab edirәm ki, bu vәziyyәtdәn çıxmaq lazımdır. Amma eyni zamanda, öz mövqeyimizdә durmalıyıq. Çalışmalıyıq ki, danışıqlar bu strateji çәrçivәdә aparılsın. Amma eyni zamanda bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir, texnologiya, yaxşı idarәçilik oradadır. Biz onlardan çox şey götürә bilәrik, amma paralel olaraq Qarabağ mәsәlәsindә tәlәb edәcәyik ki, bizә uyğun mövqe tutsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar