Azərbaycanla ABŞ arasında müdafiə məsləhətləşmələri keçirilib
24 mart 2016 10:19 (UTC +04:00)

Azərbaycanla ABŞ arasında müdafiə məsləhətləşmələri keçirilib

Ötən gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib. Lent.az-ın məlumatına görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə olunub.

Azərbaycan tərəfindən Müdafiə və Xarici İşlər nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfindən isə Müdafiə və Dövlət departamentləri, Birləşmiş Qərargah, Avropa Komandanlığı, Oklahoma Milli Qvardiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə ABŞ Müdafiə katibinin köməkçisinin müavini Dr. Maykl Karpenter rəhbərlik edib. Tədbirə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da qatılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar