Erməni səfir debatdan qorxdu
08 aprel 2016 15:15 (UTC +04:00)

Erməni səfir debatdan qorxdu

 

Ermənistan Respublikasının Fransadakı Səfiri, Azərbaycan Respublikasının Fransadakı Səfiri ilə France24 tele kanalında Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş Dağlıq Qarabağ barədə debatdan imtina edib.

 

Lent.az-ın məlumatına görə, Azərbaycanın Fransadakı səfirliyindən bildirilir ki, Fransanın ən böyük xəbərlər kanalı olan Franse 24 telekanalı Azərbaycanın və Ermənistanın Fransadakı səfirlərini Dağlıq Qarabağ bölgəsində baş vermiş son hadisələrlə bağlı teledebata dəvət edib. Ermənistan səfiri teledebata qatılmaqdan imtina edib və bu Fransalı siyasətçilərin, o cümlədən, Azərbaycanın Dostları Assossiyasının prezidenti cənab Jan Fransua Manselin hiddətinə səbəb olub. Bundan hiddətlənən J.F. Mansel Ermənistanın təxribatçılığını və məsuliyyətsizliyini pisləyən Bəyanatla çıxış edib.

 

 Bəyanatda Azərbaycanın Fransada Dostları Assosiyasiyası təssüflə bildirir ki, Ermənistan Respublikasının Fransadakı Səfiri, Azərbaycan Respublikasının Fransadakı Səfiri ilə France24 tele kanalında Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş Dağlıq Qarabağ barədə debatdan imtina edib. Bununla, Ermənistan atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüququ və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini bir daha sübut edir. Qeyd edək ki, bəyanatı Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Fransada Dostları Assosiyasiyasının prezidenti Jean-François Mancel imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar