Prezident İlham Əliyev Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTac-a istinadən xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Efiopiya Federativ Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Azərbaycanın Efiopiyada səfirliyi fəaliyyətə başlayacaq
620