Mübariz Qurbanlı Amerika yəhudi icmasının nümayəndəsi ilə görüşüb
23 aprel 2015 15:13 (UTC +04:00)

Mübariz Qurbanlı Amerika yəhudi icmasının nümayəndəsi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi, hüquq müdafiəçisi Cary B. Lermanı qəbul edib. Komitədən Lent.az-a bildirilib ki, görüşdə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev iştirak edib. Dövlət Komitəsinin sədri  qeyd edib ki, yəhudilərin Azərbaycana məskunlaşmasının 2600 illik tarixi var. Ölkəmizdə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər də bu münasibət davam edir. Komitə sədri bildirib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər.

 

Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış altı yəhudi dini icması var və bu icmalara hər zaman diqqət və qayğı göstərilir. Ölkəmizə səfərindən məmnunluqla danışan Cary B. Lerman burada gördüyü iqtisadi inkişafı, eləcə də ölkəmizin tolerantlıq ənənələrini yüksək dəyərləndirib. Qonaq qeyd edib ki, Azərbaycanda olduğu müddətdə yəhudi icması, sinaqoqlarla yaxından tanış olmaq imkanı qazanıb. Ölkəmizdəki dövlət-din münasibətlərini, tolerantlıq ənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə dövlət komitəsinin sədrinə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131

Oxşar yazılar