Prezident İlham Əliyev Orxan Sultanovu Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncama deyilir: “Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin”.