"Xəzərdə Qazaxıstanla birgə təlim keçirməyə hazırıq" - <span style="color:red;">Zakir Həsənov
04 noyabr 2015 13:16 (UTC +04:00)

"Xəzərdə Qazaxıstanla birgə təlim keçirməyə hazırıq" - Zakir Həsənov

0

Noyabrın 4-də Qazaxıstanda rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.

 

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir.

 

“Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, - deyə Qazaxıstanın müdafiə naziri bildirib.

 

Görüşdə Zakir Həsənov birgə təlimlərin keçirilməsinə hazır olduqlarını deyib: “Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”.

 

İ.Tasmaqambetov Z. Həsənovu gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib.

 

Görüşdə, ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

 

Yekunda Azərbaycan və Qazaxıstan müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar