Azərbaycan və İran arasında məhbus mübadiləsi baş tutub. Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 İran vətəndaşı və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb. APA-nın İran XİN-nə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. O bildirib ki, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub. Onun sözlərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.
Hüseyn Cabiri Ənsari qeyd edib ki, Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbus mübadiləsi davam etdiriləcək.