Azərbaycanla ABŞ hava nəqliyyatı haqqında saziş imzaladı
07 aprel 2016 16:58 (UTC +04:00)

Azərbaycanla ABŞ hava nəqliyyatı haqqında saziş imzaladı

 

Aprelin 6-da  Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında Saziş” imzalanıb.

 

Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sazişi Azərbaycan  tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov, ABŞ tərəfindən isə ABŞ-ın Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Robert F. Sekuta imzalayıblar. 

 

Qeyd edək ki, sözügedən saziş ikitərəfli əlaqələrin inkişafında Azərbaycanın və ABŞ-ın  aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək. Bu saziş Azərbaycan mülki aviasiya subyektlərinin fəaliyyətinə müsbət təsir göstərəcək və iki ölkənin aviasiya orqanlarının daha sıx əməkdaşlığını təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar