Mayın 9-dan 10-na keçən gecə səhərə yaxın Gürcüstanın Kobuleti şəhərindəki “Armazi” otelində yanğın baş verib. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, oteldə olan 45 nəfərdən 31-i uşaq olub. Onlardan üçü faciəli şəkildə həlak olub.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn faciə ilə əlaqədar bu ölkənin hökumətinə başsağlığı verib. Səfir Azərbaycanın faciə qurbanlarının ailələrinə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.