Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
28 mart 2016 12:52 (UTC +04:00)

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu yollayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

 

 

“Hörmətli cənab Prezident,

 

Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

 

Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

 

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar