Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi ilə görüşdü
31 mart 2016 04:26 (UTC +04:00)

Azərbaycan prezidenti ABŞ-ın dövlət katibi ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

 

APA-nın məlumatına görə, görüşdən əvvəl dövlət katibi Con Kerri və prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

 

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edilib, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirilib, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb.

 

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirib. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

 

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar