Azərbaycan prezidenti: “Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir”
05 noyabr 2015 21:40 (UTC +04:00)

Azərbaycan prezidenti: “Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir”

“Gürcüstana uğurlu səfərim gələcək dinamik əməkdaşlığımız üçün gözəl bir addımdır”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq var: "Biz çox istəyirik ki, iki dövlət arasında ticarət dövriyyəsi daha da artsın. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük miqdarda sərmayə qoyub. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Biz bu gün enerji və nəqliyyat məsələlərinini geniş şəkildə müzakirə etdik və bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər və layihələr tezliklə öz həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi, bu gün uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq"

 

İ. Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb: "Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də  Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək."

 

Prezident İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə bir mövqedən çıxış edəcəyini qeyd edib: "Bu gün geniş tərkibdəki görüşdə mən məlumat verdim ki, Azərbaycanda tranzit yüklərlə koordinasiya şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşımalarda bir mövqedən çıxış etsin, biz vahid tarif siyasəti aparaq və ölkələrimizin ərazisindən keçən yüklərin həcmini artıra bilək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar