Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, yeni qanuna əsasən, Azərbaycan ilə Çex arasında strateji tərəfdaşlıq haqqında 2015-ci il sentyabrın 15-də Bakı şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilib.