Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələyə hökumət tərəfindən ciddi şəkildə baxılır.
“Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır”, - deyə H. Hacıyev qeyd edib.