Azərbaycan -  ETTELAAT-ın əsas hədəflərindən biri
06 yanvar 2013 04:55 (UTC +04:00)

Azərbaycan -  ETTELAAT-ın əsas hədəflərindən biri

ABŞ-ın Müdafiə Nazirliyi  ETTELAAT-ın fəaliyyəti barədə ətraflı hesabat hazırlayıb.

 

Lent.az-ın məlumatına əsasən, bu sənəd ötən ay ABŞ Konqresi Kitabxanasının Federal Araşdırmalar Bölümü tərəfindən nəşr olunub.
 


Hesbatda bir sıra mətləblərlə yanaşı, aşağıdakılara da toxunulub:

“ ETTELAAT-ın 30000 nəfərlik kadrı var. Onlar dünyanın müxtəlif bölgələrində casusluqdan tutmuş, texnologiya oğurluğu, terror və bomba yerləşdirmək kimi məxfi əməliyyatlarda iştirak edir».

 

Hesabat müəllifləri ETTELAAT-ı Orta Şərqin ən güclü təhlükəsizlik qurumlarından biri kimi dəyərləndiriblər. Sənədə əsasən, ETTELAAT İslam İnqilabı Keşikçilərini Qvardiyasını birmənalı olaraq dəstəkləyir.  Argentinadan tutmuş Livana qədər dünyanın müxtəlif bölgələrində baş verən terror aktlarında qvardiyanın əli var.

 

Həmçinin Pentaqonun 64 səhifəli araşdırmasında bunlar da qeyd olunub: “ETTELAAT Həmas, Hizbullah, İraqın əl-Qaidə təşkilatını dəstəkləyir və İranın mənafeyi çərçivəsində dünyanın hər yerində fəaldır”

 

Hesabatda  Azərbaycan Respublikası İsraillə yaxın əlaqələrinə görə, ETTELAAT qüvvələrinin ən mühüm hədəflərindən biri kimi göstərilir.

 

http://freebeacon.com/wp-content/uploads/2013/01/LOC-MOIS.pdf

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar