Azay Quliyev ziyalılarla görüşdü
15 oktyabr 2015 23:26 (UTC +04:00)

Azay Quliyev ziyalılarla görüşdü

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüşüb. Azay Quliyevin Seçki Qərargahının mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,  ziyalıların, tanınmış elm- mədəniyyət xadimlərinin çoxluq təşkil etdiyi görüşü açan namizədin vəkili Umud Rəhimoğlu Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib. 

 

Seçici, tanınmış şair Zakir Fəxri, BDU-nun professoru Alxan Bayramoğlu, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov və digər çıxış edənlər Azay Quliyevin bu dairədən namizəd olmasından məmnunluğunu bildirərək, seçki günü məntəqələrə gedərək səslərini  ona  verəcəklərini vurğulayıblar.

 

Deputatlığa namizəd Azay Quliyev öz çıxışında seçki kampaniyası dövründə seçicilərə vəd vermədiyini qeyd edib. Bildirib ki, deputatın vəzifəsi seçicinin səsi olmaqdır: “Mən vəd vermirəm, amma, millət vəkili kimdir, vəzifəsi nədir, bunları çox gözəl anlayıram, 10 illik deputatlıq fəaliyyətim bunu deməyə əsas verir. Əlbəttə, deputatın əsas funksiyası qanunvericiliklə bağlıdır. Amma eyni zamanda, öz  statusundan  istifadə edərək təmsil etdiyi ərazinin və seçicilərin qayğılarının həlli üçün yerli icra orqanlarla əməkdaşlıq müstəvisində çalışmaqla müəyyən nəticələr əldə etmək olar. Mən 10 illik deputat fəaliyyətimdə əldə etdiyim bu uğurlu təcrübədən sizlər üçün də yararlanmağa çalışacağam”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar