Azay Quliyev beynəlxalq tədbirə qatılacaq
13 may 2017 18:01 (UTC +04:00)

Azay Quliyev beynəlxalq tədbirə qatılacaq

0

 

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev mayın 14-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkili ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan Anti-semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.


Deputat, eyni zamanda, Almaniya Bundestaqında "Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər" mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.

 

Səfər mayın 16-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar