Azay Quliyev Aleksiz Şahtahtinski ilə görüşüb
10 aprel 2015 18:00 (UTC +04:00)

Azay Quliyev Aleksiz Şahtahtinski ilə görüşüb

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ATƏT-in Bakı ofisinin əlaqələndiricisi Aleksiz Şahtahtinski ilə görüş keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, Aleksiz Şahtahtinski təmsil etdiyi qurumun fəaliyyəti və ATƏT-in vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş proqramları haqqında ətraflı məlumat verib. 

Şura sədri, millət vəkili A. Quliyev dövlətin QHT sektorunun inkişafında beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmdən danışıb. A. Quliyev regionlarda Resurs və Təlim Mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı üçün təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi, vətəndaş cəmiyyəti ilə bağlı ingilis dilində nəşrlərin hazırlanması və digər sahələrdə ATƏT-lə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar