Azay Quliyev Astanada ATƏT adından çıxış edəcək
26 avqust 2016 17:55 (UTC +04:00)

Azay Quliyev Astanada ATƏT adından çıxış edəcək

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azay Quliyev və Səməd Seyidov avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.

 

Lent.az-ın məlumatına görə, səfərdən məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir. Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

 

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edəcək və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

 

Səfər çərçivəsində A. Quliyevin bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının Sədri cənab Kasım-Jomart Tokayev ilə görüşü nəzərdə tutulub. A. Quliyevin Qazaxıstan Senatının Sədri ilə görüşü zamanı ilk növbədə bu ölkə ilə ATƏT PA arasında mövcud münasibətlərin durumu və gələcək perspektivləri müzakirə ediləcəkdir. 

 

Görüş çərçivəsində həmçinin Azərbaycan ilə Qazaxıstan parlamentlərarası ikitərəfli münasibətlər, o cümlədən ATƏT PA çərçivəsində Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında tərəfdaşlıq, bu tərəfdaşlığın daha da gücləndirilməsi və əlaqələrin daha sıx koordinasiya edilməsi məsələləri müzakirə ediləcəkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar