Avstriya səfiri Bakı Ali Neft Məktəbində olub
21 yanvar 2013 14:51 (UTC +04:00)

Avstriya səfiri Bakı Ali Neft Məktəbində olub

0

Bu gün Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer – Kaybiç Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qonaqları qəbul edən rektor cənab Elmar Qasımov bildirib ki,  Bakı  Ali Neft Məktəbinin yaranmasında  əsas məqsəd  günü-gündən inkişaf edən ölkəmiz və istər Azərbaycanda istərsə də ölkənin  hüdudlarından kənarda fəaliyyətini genişləndirən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

 

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini  qeyd edərək bildirib ki, Avropa təhsil sisteminin tələblərinə  uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də  Avropanın  aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

 

Avstriya  Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer - Kaybiç qeyd edib ki, Avstriya hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında  maraqlıdır. Bu baxımdan Bakı Ali Neft Məktəbi ilə Avstriyanın tanınmış Leoben Montan Universiteti, Avstriya İqtisadiyyat Palatası və Vyandakı Neft-Kimya Kompleksi arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata  keçirilməsinə hazır olduğunu bildirib.

 

Görüşün sonunda  səfirə BANM-in  “Fəxri   qonaq”  diplomu  verilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar