Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.
Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.
Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir.