ATƏT sədrinin Azərbaycana səfəri gözlənilir
24 yanvar 2013 13:44 (UTC +04:00)

ATƏT sədrinin Azərbaycana səfəri gözlənilir

Bu il Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Azərbaycana və digər Qafqaz respublikalarına səfəri gözlənilir.

 

 APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

 

Onun sözlərinə görə, L.Kojara Ukraynanın ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin prioritetləri sırasında olduğunu bəyan edib: “Bilirik ki, Azərbaycan bizdən real addımlar gözləyir. Çalışacağıq ki, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunsun və ya status-kvo dəyişilsin, münaqişənin həllində real irəliləyiş olsun. Ukrayna ATƏT-in Minsk Qrupu formatını dəstəkləyir: “Əsas məsələ Minsk Qrupunu fəallaşdırmağın yollarını tapmaqdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar